Çində 10-cu mərtəbədəki evdən yıxılan 2 yaşlı qızı təsadüfən yoldan keçən qadın havada tutub. Məlumata görə, özü də 7 aylıq körpə anası olan 31 yaşlı Vu Jupinq (Wu Juping) qəhrəman elan edilib. Qeyd edək ki, bu xoş təsadüfün bəzi acı nəticələri də olub. Belə ki, Vu Jupinqin qolu sınıb, kiçik qız isə daxili qanama keçirib. Xəstəxanaya çatdırılan 2 yaşı qızın həyati təhlükəsi davam edir. Vu isə aldığı travma səbəbilə körpəsini süddən 3 ay tez ayırmalı olub. ANSPRESS
10-cu mərtəbədən yıxılan uşağı havada tutdular
Vu Jupinqin qolu sınıb, kiçik qız isə daxili qanama keçirib.




Şərhlər