1 saylı Şəhər Xəstəxasında qan töküldü
13 Oktyabr 2009 Çərşənbə Axşamı 14:35
1 saylı Şəhər Xəstəxasına qəbul edilməyən II Qarabağ əlili intihara cəhd edib
Bu gün 1 saylı Şəhər Xəstəxasında qan tökülüb. Xəstəxananın 1-ci korpusunda II qrup Qarabağ əlili intihara cəhd edib. Hadisə bu gün saat 12.30 radələrində baş verib. Müayinə və müalicə olunmaq üçün xəstəxanaya gələn Qarabağ əlili 46 yaşlı Fizuli Əliyev tibb müəssisəsinə qəbul edilıməməsinə etiraz əlaməti olaraq qollarını kəsici alətlə doğrayıb. F.Əliyev ANS PRESS-ə bildirib ki, 6 aydır Bakının Nizami rayonu 26 saylı poliklinikanın göndərişi ilə 1 saylı Şəhər Xəstəxanasına gəlməkdə davam etsəm də, qəbul edilmirəm. Zərərçəkmişin sözlərinə görə, buna səbəb olaraq boş yerin olmadığını əsas gətirir. Ürək çatışmazlığı, kontuziyadan əziyyət çəkdiyini deyən F.Əliyev artıq gözləmək üçün səbrinin qalmadığından bu addımı atdığını deyir.
Xəstəxana ilə əlaqə saxladıq. Fakt təsdiqlənsə də, hadisənin başvermə səbəbləri barədə məlumat vermək istəmədilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: