Hadisə

1 il əvvəl bağlanan qəzetin baş redaktor həbs edilib

“Yeni hakimiyyət” qəzetinin baş redaktoru dələduzluqda şübhəli bilinir

· Xəbərçi
1 il əvvəl bağlanan qəzetin baş redaktor həbs edilib
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçkirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Yeni Hakimiyyət” qəzetinin təsisçisi və baş redaktoru Vüqar Xəlilov və Abşeron rayon sakini Anar Quliyev tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, onlar Sumqayıt şəhər sakini Salam Abdullayevdən 2000 manat pul tələb ediblər. Əks təqdirdə isə onu barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyiblər.

Qeyd edək ki, “Yeni hakimiyyət” qəzetinin fəaliyyəti 1 il əvvəl dayandırılıb.

Şərhlər