Ziyafət Əsgərov Türkiyədədir
10 May 2010 Bazar Ertəsi 11:35
Ziyafət Əsgərov İslam Konfransı Təşkilatının fövqəladə iclasında iştirak edir.
İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlament İttifaqı İcraiyyə Komitəsinin fövqəladə iclası başlayıb. ANS PRESS-in Azərbaycan Milli Məclisinin (MM) saytına istinadən yaydığı xəbərə görə, MM sədrinin birinci müavini Ziyafət Əsgərov həmin iclasda iştirak etmək üçün artıq İstanbuldadır.
Quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək bu toplantıda “İsrailə müraciət: Qüdsdə yeni yaşayış məskənləri dünyada sülhə zərbə vuracaq” mövzusunda müzakirələr aparılacaq, müzakirələrin sonunda İstanbul deklarasiyası qəbul ediləcək.
Məlumata görə, Ziyafət Əsgərov tədbirdə çıxış edəcək, məsələyə münasibət bildirəcək.
Mayın 12-də isə birinci vitse-spiker 3-cü Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün İstanbuldan Sankt-Peterburqa yola düşəcək.
Milli Məclisin deputatı Jalə Əliyevanın da qatılacağı bu tədbirdə enerji səmərəliliyi və iqtisadiyyatın modernləşdirilməsi, ekologiya qlobal qarşılıqlı təsir sahəsi kimi, ekologiya, su və sağlam həyat tərzi, vətəndaş cəmiyyəti “yaşıl planet” uğrunda və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər mayın 17-də başa çatacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: