Zığda torpaq sürüşmesi baş verib
26 Sentyabr 2013 Cümə Axşamı 11:41
Zığda torpaq sürüşmesi baş verib. Sürüşmenin aktivleşmesi neticesinde müeyyen yerlerde çatlar emele gelib.
Bakının Zığ yamacında yerləşən sürüşmə sahəsi aktivləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov ANS PRESS-ə açıqlamasında bildirib ki, sürüşmənin aktivləşməsi nəticəsində müəyyən yerlərdə çatlar əmələ gəlib. Onun sözlərinə görə, hazırda həmin ərazidə gərginlik davam edir.
“Həmin ərazi köhnə sürüşmə zonasıdır. Orada 3 gün bundan qabaq da sürüşmə müşahidə olunurdu. Orada 78 ev var. Həmin evlərin kanalizasiya sistemi yoxdur. Bu səbəbdən də çirkab tullantıları torpağa axıdılır. Bir neçə gün yağan yağış nəticəsində də, vəziyyət daha da gərginləşib. Hazırda hadisə yerində işçi qrupu yaradılıb, yoxlamalar aparılır”, - deyə Bəxtiyar Qaralov bildirib.
Ekologiya Təbii Sərvətlər Nazirliyinin milli geoloji kəşviyyat xidmətinin baş mühəndisi Şaiq Niftiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi ilə birgə işçi qrupu yaradılıb. Yoxlama aparılır. Sonda təkliflər planı hazırlanaraq müvafiq dövlət strukturlara təqdim ediləcək.
Qeyd edək ki, yoxlamalardan sonra həmin ərazidə evlərin təhlükəsizliyi barədə məlumat veriləcək.
DOSTLARINLA PAYLAŞ: