Zeyno Baran kitabını AMEA-ya hədiyyə verib
05 Yanvar 2012 Cümə Axşamı 15:45
Kitab "İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi" adlanır.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzanın xanımı Zeyno Brayza (Baran) "İslam vətəndaşları: müsəlmanların Qərbə inteqrasiyasının gələcəyi" adlı kitabını Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) hədiyyə edib. AMEA-nın rəsmi saytında yerləşdirilən məlumata görə, Zeyno Baranın Emmet Tuohi ilə birlikdə ərsəyə gətirdiyi bu kitab 2011-ci ildə Nyu-Yorkun "Kontinium" nəşriyyatında çap olunub.
Kitabda müəllif din və dövlət arasındakı münasibətləri, Avropa və ABŞ-da islamçılığın yüksəlişi və inkişafını, islamçılığın bir çox islam ölkələrində siyasi-ideoloji islamçılığa keçməsini və sair məsələləri işıqlandırıb.
DOSTLARINLA PAYLAŞ: