Zəvvarlar vətənə qayıdır
19 Noyabr 2010 Cümə 11:35
Zəvvarlar bu gün yola düşürlər
Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar artıq vətənə yola düşməyə hazırlaşırlar. Bu barədə ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
“Bütün zəvvarlar artıq ziyarətlərini başa vurublar. Avtobusla Həcc ziyarətinə gedən zəvvarlar bu gün Məkkədən vətənə qayıtmaq üçün yola düşəcəklər. Onların təxminən 26-27 noyabr tarixlərində Azərbaycana çatacaqları gözlənilir. Təyyarə ilə gedən zəvvarların isə 22, 23, 24 və 25 noyabr tarixlərində ardıcıllıqla Azərbaycanda olmaları gözlənilir”, - deyə Rəhimə Dadaşova vurğuladı.
Hazırda zəvvarların vəziyyətinin yaxşı olduğunu qeyd edən Rəhimə xanım hələ ki, heç bir problem yaranmadığını bildirdi.
Qeyd edək ki, bu il Həcc ziyarətinə noyabrın 2-si saat 08:00-da 22 avtobusdan ibarət ilk karvan Bakının “Azadlıq” meydanından yola düşüb. Noyabrın 3-ü saat 08:00-da isə azərbaycanlı zəvvarların 24 avtobusdan ibarət növbəti ikinci avtobus karvanı paytaxtın “Azadlıq” meydanından ziyarətə yola düşüb. Təyyarə ilə gedən zəvvarlar 3, 4 və 5 noyabr tarixlərində yola düşüblər. Ümumilikdə, bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub.
DOSTLARINLA PAYLAŞ: