Zevvarların teyyaresinde texniki nasazlıq yaranıb
06 Oktyabr 2013 Bazar 18:54
Nasazlıq səbəbindən Məkkəyə yola düşə bilməyən zəvvarlar oktyabrın 8-i saat 09:30-da uçacaqlar.
Azərbaycanlı zəvvarların bir hissəsi Məkkəyə yola düşə bilməyib. Bu gün zəvvarları aparan təyyarədə texniki nasazlıq yaranıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev təyyarədəki problemin aradan qaldırılması üçün işlərin görüldüyünü deyib. “Zəvvarlarımzın 2 qrupu texniki səbəblərdən gedə bilməyiblər. İnşallah, qalan zəvvarlar ayın 8-i saat 09:30-da uçacaqlar. Digər reyslər öz vaxtında gedəcəklər".
Xatırladaq ki, hazırda zəvvarlarımızın 6 qrupu Məkkədədir. Qafqaz Müsəlmanları İdarəsinin nümaynədəsi Vüsal Cahangirinin Məkkədən verdiyi xəbərə görə, orada olan zəvvarlarımız artıq kiçik Həcc - Ümrə ziyarətini yerinə yetiriblər. Zəvvarlar ehramdan çıxmaq üçün Kəbəyə yola düşüblər. Burada onlar Allah evi ətrafında 7 dövrə vuraraq namaz qılıb, digər vacib dini ayinləri icra ediblər. Zəvvarlar Məkkədə bütün dini ayinləri yerinə yetirərək təxminən 20 gün sonra vətənə qayıdacaqlar.
DOSTLARINLA PAYLAŞ: