Zaqatalada daha bir zəlzələ oldu
10 May 2012 Cümə Axşamı 10:19
Yeraltı təkanların gücü 4 bal olub.
Zaqatala rayonunda bu gün yenidən zəlzələ baş verib. ANS PRESS-in Seysmoloji Xidmət Mərkəzinin saytına istinadla verdiyi məlumata görə, maqnitudası 3.00 bal olan yeraltı təkanlar 11 km dərinlikdə olub.
Zəlzələ yerli vaxtla saat 06:33-da, Zaqatala rayon mərkəzindən 13 km cənuba, episentrdə 4 bal gücündə qeydə alınıb. Zəlzələ Zaqatalada - 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2.0-2.5 bal gücündə hiss olunub. İnsan təlafatı və dağıntılar yoxdur.
Qeyd edək ki, may ayının 7-də Zaqatalada bir birinin ardınca zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 524 tikili uçmuş, 2235 tikili qəzalı vəziyyətə düşüb.
DOSTLARINLA PAYLAŞ: