Yuliya Timoşenko geri çəkildi
20 Fevral 2010 Şənbə 15:40
Yuliya Timoşenko qərarını məhkəmənin bu işə formal yanaşması ilə izah edib
Ukraynanın baş naziri Yuliya Timoşenko prezident seçkilərinin nəticələri ilə bağlı başlanan məhkəmə prosesini dayandırmağa qərar verib. Xanım Timoşenko öz qərarını məhkəmənin bu işə formal yanaşması, seçki prosesində qeydə alınan saxtakarlıqlarla bağlı sübutların rədd edilməsi və şahidlərin dindirmələrə çağırılmaması ilə əsaslandırıb.
Bundan başqa məlum olub ki, Timoşenko prezident seçkilərinin nəticələri ilə bağlı daha heç bir məhkəməyə şikayət ərizəsiylə müraciət etməyəcək.
Xatırladaq ki, Yuliya Timoşenko rəqibi Viktor Yanukoviçə 3,5 faiz səs azlığı ilə məğlub olub. Prezident seçkilərində birinciliyi əldə edən Yanukoviçin inaqurasiya mərasimi fevralın 25-də keçiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: