Bu il yanvarın 1-dən avqustun 28-dək Bakıda 646 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 214 nəfər ölüb, 681 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYP) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, təhlillər göstərir ki, hadisələrin 51faizi sürət həddinin aşılması, 47%-i piydaların vurulması, 26%-i əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxil olma, ötmə və ya manevretmə qaydalarının, 18% isə yol ayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub.
V.Əsədov bildirib ki, hadisələr əsasən paytaxtın sürət həddinin aşma ehtimalı olan yollarında qeydə alınıb. Bura Azadlıq, Babək və Tbilisi prospektləri, Bakı-Salyan yolu, Bakı-Aeroport şossesi və s. daxildir. Qəzalar daha çox şənbə və bazar günləri daxil olmaqla axşam vaxtlarında - saat 18:00 - 00:00 arası baş verib: "Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bir daha avtomobil sürücüləri və piyadaları yollada diqqətli və intiazmlı olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırır".
Yol qezalarında 214 nefer ölüb
Bu il yol qezalarında 214 nefer ölüb, 681 nefer ise müxtelif dereceli xesaret alıb.




Şərhlər