Yol polisinden rüşvet iddiasına açıqlama
15 Avqust 2013 Cümə Axşamı 15:50
Vaqif Esedov: Bele hallar sübut olunarsa, hemin emekdaşlar mütleq ağır şekilde cezalandırılacaq.
"YouTube" videoportalında yol polisinin sürücüdən rüşvət tələb etməsi iddia olunan video yayılıb. Görüntüdə videonun konkret hansı rayonda çəkildiyi bilinməsə də portala bu gün yükləndiyi görünür. Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov ANS PRESS-ə video ilə bağlı açıqlama verib.

“Ümumiyyətlə inandırıcı deyil ki, yol polisi sürücüdən rüşvət tələb etsin. Çünki hazırda hər bir yol patrulunun yaxasında mikrofon quraşdırılıb. Onun səsi qeydə alınır. Bundan əlavə, hər bir yol polisi müşahidə kameraları vasitəsilə izlənilir. Belə şayiələrin yayılması, kimlərinsə yol polisinin fəaliyyətinə kölgə salmaqdan başqa bir əməl deyil. Düzü mən o videoları görməmişəm, amma doğrudan da, belə hallar sübut olunarsa, həmin əməkdaşlar mütləq ağır şəkildə cəzalandırılacaq”, - deyə Vaqif Əsədov bildirib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar