Yəməndə bu gün razılıq əldə oluna bilər
26 Mart 2011 Şənbə 15:51
Prezidentin istefası tələbi ilə aksiyalar isə davam edir
Yəməndə prezident Əli Abdulla Salehin istefasını tələb edən nümayişçilər bu gün də küçələrə çıxıb.
Prezidentin səlahiyyətlərini təhvil verməsi üzrə razılığın isə bu gün əldə olunacağı gözlənilir. Yəmənin xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əbubəkr əl-Qirbi buna ümid etdiyini deyib.
Prezident Saleh ötən gün ölkədə qan tökülməsinin qarşısını almaq üçün hakimiyyəti təhvil verməyə hazır olduğunu bəyan etmişdi.
Xarici işlər naziri isə əsas müxalifət partiyalarının hakim partiya ilə bu barədə danışıqlarının bu gün gözləndiyini bildirib. «Düşünürəm ki, əsl istək razılığın əldə olunmasından ibarətdirsə, bu tezliklə baş verməlidir. Ancaq buna mane olmaq istəyən partiyalar varsa, onda heç kəs qabaqcadan fikir söyləyə bilməz.»- Əbubəkr əl-Qirbi belə deyib.
DOSTLARINLA PAYLAŞ: