Yəmən prezidenti təslim oldu
25 Fevral 2011 Cümə 14:46
Əli Abdullah Salehi müxalifətçilərlə dialoqa hazır olduğunu bildirib
Yəmən prezidenti Əli Abdullah Saleh onun dövlət başçısı postundan istefasını tələb edən etiraz hərəkatı liderləri ilə dialoq üçün xüsusi komitənin yaradılması barədə göstəriş verib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli kütləvi informasiya vasitələri məlumat yayıb.

Yəmənin rəsmi “Səna” informasiya agentliyinin məlumatına görə, tərkibi beş nəfərdən ibarət komitəyə baş nazir Əli Məhəmməd Macur rəhbərlik edəcək. Komitənin tərkibi isə açıqlanmayıb.

Prezident komitə qarşısına “etirazçıların şərt, rəy və baxışlarının öyrənilməsi üçün konstruktiv və açıq dialoqun aparılması” vəzifəsini qoyub.

Müxalifət partiyalarının prezidentin bu təşəbbüsünə münasibəti hələ ki, məlum deyil.

Xatırladaq ki, Yəməndə ölkə prezidentinin istefası tələbi ilə baş qaldıran etiraz aksiyaları nəticəsində 10-dan artıq insan həlak olub. Ölkədə baş verənlərlə əlaqədar olaraq prezident Əli Abdullah Saleh fevralın sonlarında ABŞ-a planlaşdırılan səfərini təxirə salıb. O bu həftə bəyan edib ki, seçki keçirilmədən hakimiyyətdən imtina etməyəcək. Ölkədə seçkilər isə 2013-cü ildə keçirilməlidir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar