Gündəm

Yeddi dövlət bir millət meydanı

Türkiyənin Bursa şəhərində 7 müstəqil türk respublikası bayraqlarının ucaldılacağı meydan salınacaq.

· Xəbərçi
Yeddi dövlət bir millət meydanı
Türkiyənin Bursa şəhərində 7 dövlət 1 millət meydanı yaradılacaq. Məlumata görə, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türkiyə respublikası bayraqlarının ucaldılacağı meydanda həmin ölkələr barədə məlumatlarn yazıldığı lövhələr də yerləşdiriləcək.

Meydan, Bursa şəhəri Yıldırım rayonu bələdiyyəsi ilə “Yeddi dövlət bir millət” dərnəyinin əməkdaşlığı ilə yaradılacaq. Yıldırım bələdiyyəsinin sədri Özgen Keskin iyulun 3-də 6 ölkədən gələn qonaqların iştirakı ilə bayraqları qaldıracaqlarını bildirib.

Xatırladaq ki, Bursa daha əvvəl Türkiyə-Ermənistan yığmaları arasında keçirilən futbol qarşılaşmasının keçirldiyi və polis tərəfindən Azərbaycan bayraqlarının zibil qutusuna atıldığı şəhər kimi gündəmə gəlmişdi. ANSPRESS

Şərhlər