Xınalıq kendi xarici metbuatda
06 Yanvar 2014 Bazar Ertəsi 23:05
Özbekistanın Darakçi qezetinde Xınalıq - zamanı dayandıran mekan serlövheli meqale derc edilib.
Daşkendde özbek dilinde 150 min tirajla yayımlanan “Darakçi” qezetinde tanınmış jurnalist Rüstem Cabbarovun Xınalıq kendi haqqında “Xınalıq - zamanı dayandıran mekan” serlövheli geniş meqalesi derc edilib.

Meqalede, Azerbaycanın Quba rayonunun erazisinde, Bakıdan 225 kilometrlik mesafede, deniz seviyyesinden 2350 metr yüksekde yerleşen Xınalığın neinki Azerbaycanda, bütün Cenubi Qafqazda sirli ve özünemexsus xüsusiyyetleri olan kend kimi tanındığı bildirilib.

Qeyd olunub ki, rayon merkezinden Xınalığa sıldırım dağlardan keçen yol 2006-cı ilde çekilib ve yerli ehali tarixen senetkarlıq, heyvandarlıq ve ekinçilikle meşğul olur. Kenddeki küçeler, kendarası yollar 100 il evvel nece idise, bu gün de elece qalır. Kendde milli paltarlarda at minen cavanlara her an rast gele bilersen.

Yazıda hemçinin, tarixçilerin Xınalığın 5 min il tarixi olduğunu yazması vurğulanıb. Teqriben 2 min ehalisi olan Xınalıq kendi nin sakinleri dünyanın heç bir yerinde işledilmeyen xınalıq dilinde danışır.

Meqale Daşkenddeki Heyder Aliyev adına Azerbaycan Medeniyyet Merkezinin Özbekistanın kütlevi informasiya vasitelerinde Azerbaycan haqqında elan etdiyi en yaxşı meqale müsabiqesine teqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar