XİN ve Tehsil Nazirliyi Misirdeki azerbaycanlılarla bağılı açıqlama verdi
15 Avqust 2013 Cümə Axşamı 12:30
Elman Abdullayev: Misirdeki hemvetenlerimizin xesaret alması barede her hansı melumat daxil olmayıb.
Misirdə baş verən iğtişaşlar zamanı qurbanların sayının 3 minə çatdığı bildirilir. Məlumatlara görə, qanlı olaylar bu ölkədə yaşayan əcnəbilərdən də yan keçməyib. Misirin iğtişaşlar qeydə alınan şəhərlərində artıq əcnəbilərin də öldürüldüyünə dair xəbərlər var. Misirdə xeyli sayda həmvətənimizin yaşadığını nəzərə alsaq, bu ölkədəki Azərbaycan vətəndaşlarının da həyatı üçün təhlükənin yaranacağı qaçılmazdır.
Movqe.az-ın Misirdəki həmvətənlərimizin həyatı üçün hər hansı təhlükənin olub-olmadığı barədə sualına Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev belə cavab verib: " Azərbaycan Xarici İşlər Nazirliyinə Misirdəki həmvətənlərimizin xəsarət alması barədə hər hansı məlumat daxil olmayıb".
Misirdə dövlət xəti ilə azərbaycanlı tələbələrdə təhsil alır. Təhsil Nazirliyinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Fariz Rzayev Movqe.az-a bildirib ki, Misirdə təhsil alan azərbaycanlı tələbələrlə bağlı hər hansı neqativ xəbər daxil olmayıb. Tələbələrimizin həyatı üçün təhlükənin olub-olmamasına gəlincə, F. Razyev bunun tələbələrdən asılı olduğunu söyləyib. Şöbə müdiri deyib ki, bu ölkədə təhsil alan tələbələr iğtişaşlar baş verən ərazilərdən kənar olmağa çalışmalı, həmin hadisələrin içində olmamalıdırlar.
DOSTLARINLA PAYLAŞ: