Xilasedicilərimiz Vətənə qayıdıb
31 Oktyabr 2011 Bazar Ertəsi 20:24
Azərbaycan xilasediciləri tərəfindən Vanda dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib.
Türkiyənin Van şəhərində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün prezident İlham Əliyevin tapşırığı ilə qardaş ölkəyə yola düşən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu gün Vətənə qayıdıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oktyabrın 23-də ilk olaraq Vana yola düşmüş Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 60 cəsəd çıxarılıb, 12 şəxs isə xilas edilib.

Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında FHN-in Kinoloji xidmətinin itləri də iştirak edib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar