Xəzərin səviyyəsi düşür
23 Noyabr 2011 Çərşənbə 12:00
Dənizinin səviyyəsində baş verən tərəddüdlər ən çox Azərbaycana ziyan vurur.
“Xəzər dənizinin səviyyə tərəddüdü Xəzərətrafı ölkələrdən ən çox Azərbaycana ziyan vurur”. APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudov deyib.

Onun sözlərinə görə, son illərdə Xəzərin səviyyəsində artım yox, azalma müşahidə olunur: “Son dövrlər Xəzərin səviyyə tərəddüdü ilə bağlı mətbuatda müxtəlif məlumatlar dərc edilir. Mən Xəzərətrafı ölkələrin birgə hazırladığı və Rusiya hidrometeorologiya qurumunun proqnozları əsasında dəqiq deyə bilərəm ki, son illər Xəzərin səviyyəsində atma yox, azalma var. Bu, faktiki rəqəmlərə əsaslanır”.

R. Mahmudov deyib ki, Xəzərin səviyyəsi 2010-cu ildə 9, 2011-ci ildə isə 20 sm düşüb: “İqlim dəyişmələri və Xəzərə tökülən çaylar, xüsusilə Volqa çayı nəzərə alınmaqla, yaxın 3-4 il ərzində - 2015-2016-cı ilədək dənizinin səviyyəsinin kiçik tərəddüdü, 13-14 santimetr düşməsi proqnozlaşdırılır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar