Gündəm

WikiLeaksə rəqib gəlir

"Openleaks" saytı anonim qaynaqların çıxışı kimi fəaliyyət göstərəcək

· Xəbərçi
WikiLeaksə rəqib gəlir
Amerika Dövlət Departamentinin yazışmalarını yayımlayan "WikiLeaks" saytının keçmiş əməkdaşı Daniel Domsçeit Berq yeni bir portal üzərində işlədiyini açıqlayıb. Onun sözlərinə görə, bu sayt "WikiLeaks"a rəqib olacaq. İsveçin SVT kanalına açıqlama verən Berq gizli mənbələrin mediaya həssas məlumatlar ötürülməsinə yardım edəcəyini bildirib.

Berq "Openleaks" adını verdiyi saytın anonim qaynaqların çıxış yeri kimi fəaldiyyət göstərəcəyini, eyni zamanda "Wikileaks"də işləyən bir çox şəxsin bu layihədə yer alacağını söyləyib.

Şərhlər