WikiLeaks: Quldur Ermənistan
08 Fevral 2011 Çərşənbə Axşamı 18:00
Amerika səfiri Ermənistanın görünməyən tərəflərini açıb
“WikiLeaks” saytı növbəti dəfə ermənilərə aid materialları açıqlayıb. Sənədlərdə ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç 2008-ci ilin oktyabr ayında baş verən kriminal epizodları xüsusi olaraq qeyd edib.
Sənədlər arasında Spitakda rəqabət aparan qruplaşmalar, Stepanavan meri Sarkis Karakeşişyanın iştirak etdiyi davalar, İrəvanda naməlum kişi ölümü, hollandiyalı iş adamına hücum və s. kimi hadisələr əks edilib. Diplomatın qeyd etdiyi müxtəlif kriminal xarakterli hadisələrə Ermənistanın nüfuzlu dairələri, generallar, oliqarxlar, onların ailə üzvləri və yaxınları cəlb edilib.
Ermənistanın qanlı şimalı
Amerikalı diplomatın materiallarda Ermənistanın şimalında yerləşən Stepanavan şəhəri də yer alıb. Belə ki, üçüncü dəfə şəhər meri seçilən Sakis Karakeşişyan ölümün yaxasından güclə qurtulub. Materiallara əsasən, oktyabrın 19-da seçki zamanı Sarkis Karakeşişyan 5-6 siyasi rəqibi tərəfindən silahlı hücum məruz qalıb.
Diskotekada iğtişaş
Oktyabrın 26-da günün günorta çağı Ermənistanın mərkəzi rayonlarından birində iki gənc oğlan bir nəfəri güllələyib, onun yoldaşını isə yaralayıb. Hadisəni törədənlərdən birinin könüllü şəkildə təslim olmasından sonra Ermənistanın Baş Prokuruoluğu hadisənin qisas zəminində olduğunu açıqlayıb. Məlumata görə, hadisəni törədən şəxsin dayısı 2007-ci ilin noyabr ayında qətlə yetirilib, həmin şəxs Erməni Ovçular Birliyinin sədri, eləcə də “Çiçəklənən Ermənistan” partiyasında yüksək vəzifə tutub.
Elə həmin gün Ermənistanda yerləşən iki diskotekada toqquşma baş verir. Əyləncə mərkəzlərinin birində hadisə bir nəfərin yaralanması ilə nəticələnib. Materillarda həmçinin daha bir gecə klubunda davanın düşdüyü və buna prezident Serj Sarkisyanın qardaşı oğlunun səbəb olduğu bildirilir. Qəzetlərin yazdığına görə, əyləncə klubunda baş verən olay ciddi xəsarətlərə və bir nəfərin gözünün çıxmasına gətirib çıxarır.
Hollandiyalı iş adamı yenidən hücuma məruz qalıb
Ötən il Ermənistanda poçt sisteminin idarəedilməsi və təkmilləşdirilməsi üzrə keçirilən tenderin qalibi olan Hollandiyanın “HayPost” şirkətinin rəhbəri oktyabrın 10-dan işdən evə qayıdarkən naməlum şəxslər tərəfindən döyülür. Aldığı zərbə nəticəsində huşunu itirən iş adamı 12 saatdan sonra yoldan keçən bir şəxs tərəfindən təsadüfən aşkar edilir və xəstəxanaya çatırılır. Bu hadisədən sonra Hollandiyaya köçürülmüş biznesmen indiyə kimi xəstəxanadadır.
Ukrayna səfrinin mənzilinin qarət edilməsi
Amerikalı diplomatın yazdığına görə, bu yaxınlarda Ukraynanın Ermənistandakı səfri ilə söhbəti zamanı məlum olub ki, oktyabrın 19-da diplomatın evi qarət edilib. Ukraynalı səfir hesab edir ki, onun mənzilinin basqına səbəb oktyabrın 20-də Ukrayna səfirliyinin Qolodomor hadisəsinin ildönümünü qeyd etməməsinə dair Ermənistan hakimiyyətinə tövsiyəsinə rədd cavab verməsi olub. Sənədlərə görə, həmin tarix Rusiya prezidenti Dmitiri Medevedevin Ermənistana səfəri ilə üst-üstə düşürmüş.
Qeyd edək ki, həmin hadisədən bir gün öncə Ermənistan Xarici İşlər Nazirliyi ukraynalı səfiri quruma dəvət edərək planlaşdırılan tədbirin təxirə salınmasını tövsiyə edib. Bu təklifi qəbul etməyən diplomat Ermənistanda olmayan zaman onun mənzilinə gizli şəkildə soxularaq müxtəlif əşyaları sındırılıb, amma mənzildən çox şey oğurlanmayıb. Hadisə yerinə polis isə ancaq yarım saatdan sonra gəlib. Səfir amerikalı həmkarına bildirib ki, o bu hadisəni özünün qorxudulmasına cəhd kimi qiymətləndirir.
DOSTLARINLA PAYLAŞ: