WikiLeaks-lə bağlı açıqlama
02 Dekabr 2010 Cümə Axşamı 16:00
Eldar Sabiroğlu müdafiə naziri Səfər Əbiyev barədə yazılanları təkzib edib
Azərbaycanın Müdafiə Nazirliyi “WikiLeaks” saytında müdafiə naziri Səfər Əbiyevin ABŞ-ın keçmiş səfiri Enn Dersi ilə görüşü barədə dərc olunan məlumatlarla bağlı açıqmala yayıb. ANS PRESS-in məlumatına görə, Müdafiə Nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun açıqlamasında bildirilir:

“Mətnlə tanış olduqdan sonra doğrusu çox təəccüb etdim. Çünki mətbuat xidmətinin rəisi kimi müdafiə nazirinin demək olar ki, əksər görüşlərində, xüsusilə xarici ölkə səfirləri ilə görüşlərində iştirak edirəm. Onun ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi ilə keçirdiyi görüşləri də yaxşı xatırlayıram. Mən belə söhbətlərin şahidi olmamışam. Mətn həqiqətdən daha çox uydurmaya bənzəyir və ölkələrarası münasibətləri pozmağa yönəlmiş təxribat təsiri bağışlayır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar