Vladimir Putin Qafqazla bağlı sərt bəyanat verib
09 Sentyabr 2013 Bazar Ertəsi 18:56
Məsələ ilə bağlı Rusiya Təhlükəsizlik Şurasının geniş iclası keçirilib.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, bir sıra ölkələr yenə də Şimali Qafqazda vəziyyəti gərginləşdirməkdə maraqlıdır. ANS PRESS-in məlumatına görə, Putin Rusiya Təhlükəsizlik Şurasının geniş iclasında deyib: “Biz bir sıra xarici ölkələrin, onların nəzarəti altında olan ictimai və beynəlxalq təşkilatların Rusiya əleyhinə destruktiv fəaliyyəti ilə rastlaşırıq. Onlar əvvəlki kimi Rusiyada vəziyyəti gərginləşdirmək üçün Şimali Qafqaza əməliyyat meydanı kimi baxırlar”.
O, “bu cür cəhdlərin qarşısını bir dəfəlik kəsməyə və lazımi cavab verməyə” çağırıb.
Putin həmçinin bildirib ki, Şimali Qafqazda terror təhlükəsi hələ də qalmaqdadır.
DOSTLARINLA PAYLAŞ: