Viktor Yanukoviç İlham Əliyevi təbrik etdi
10 Oktyabr 2013 Cümə Axşamı 00:23
Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə telefon əlaqəsi yaradıb.
Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib.

Viktor Yanukoviç dövlət başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirmişlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar