Vasif Talıbov tenqidi material isteyir
24 İyul 2013 Çərşənbə 21:54
Vasif Talıbov: Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməlidirlər.
Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən KİV-ləri tənqidi materiallar hazırlamağa çağırıb. ANS PRESS Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə Ali Məclisin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. Həmin məlumata görə, Vasif Talıbov bu sözləri iyulun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasındakı çıxışında deyib:

«Kütləvi informasiya vasitələri fəaliyyətlərini gücləndirməli, hazırlanan teleradio verilişlərinin və qəzet məqalələrinin yaradıcılıq baxımından keyfiyyəti artırılmalıdır. Qəzetlər, televiziya və radiolar tənqidi materialların hazırlanmasından çəkinməməlidirlər. Nöqsanların tənqid olunması ilə yanaşı, tarix və vətənpərvərlik mövzularına aid materialların verilməsi də diqqət mərkəzində saxlamalıdır. Mətbuat hər bir vətəndaşımızda vətənpərvərlik, yurd sevgisi, milli duyğular oyatmalı, milli dəyərlərimiz və milli mədəniyyətimiz təbliğ edilməlidir».

Uzun müddət Naxçıvandakı KİV-lərin monitorinqini aparmış jurnalist Elman Abbasov isə bu cür açıqlamaların müsbət nəticə verəcəyinə inanmadığını bildirir:

«Hesabatlarımızda da bildirmişik ki, Naxçıvan KİV-lərində tənqidə qəti surətdə yer verilmir. Belə olacaqsa, bu, çox təqdirəlayiqdir. Tənqidi materialların yayımlanması cəmiyyətin inkişafına da kömək edərdi. Həqiqi mənada tənqidi materiallar olacaqsa, bunu təqdirəlayiq sayıram. Güman etmirəm ki, bu, baş verəcək. Çox güman ki, bu, seçkiöncəsi görüntü xarakterli bir çıxışdır».


DOSTLARINLA PAYLAŞ:

oyunlar