Gündəm

Vasif Talıbov Qars və İqdırda olub

Vasif Talıbov Qars və İqdırda olub. Görüşlərdə Naxçıvanın Türkiyə ilə birgə layihələri müzakirə olunub.

· Xəbərçi
Vasif Talıbov Qars və İqdırda olub
Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə səfəri çərçivəsində Qars və İqdır şəhərlərinə gedib. Görüşlərdə əsasən, Naxçıvanın iqtisadi inkişafı və Türkiyə ilə birgə layihələr müzakirə olunub.

İqdır valisi Saim Saffet Karahisarlı ilə görüşən Vasif Talıbov Türkiyə paytaxtında yüksək səviyyəli rəsmilərlə keçirdiyi görüşlər barədə məlumat verib. NMR Ali Məclisin sədri onu da xüsusi vurğulayıb ki, Ankaradakı görüşlərdə türkiyəli rəsmilər bir daha bəyan ediblər ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca, Ermənistanla sərhədlər açılmayacaq. Talıbov erməniləri hətta oyuncaq mağazasına girən uşağa bənzədib.

Xatırladaq ki, Türkiyə səfəri çərçivəsində Naxçıvan Ali Məclisinin sədri prezident Abdullah Gül, xarici işlər naziri Əhməd Davudoğlu və Türkiyə Silahlı Qüvvələrinin baş qərərgah rəisi İlkər Başbuğla görüşlər keçirib. ANSPRESS

Şərhlər