Hollivud ulduzu Jan Klod van Damm Azərbaycanı unuda bilmir. Dünya şöhrətli aktyor Today.Az-a saytına müsahibəsində belə deyib. Hazırda "Universal əsgər-5" filminin çəkilişlərində olan aktyorun dediyinə görə, 2006-cı ildə gəldiyi Azərbaycanla bağlı xoş xatirələri qalıb.
"Bakıdakı bütün dostlara ən xoş arzularımı və diləklərimi çatdırmaq istərdim. Bakı əla şəhərdir! Ümid edirəm ki, ən yaxın zamanlarda sizlərlə Bakıda görüşəcəyik." ANSPRESS
Van Damm: Bakı əla şəhərdir!
Hollivud ulduzu Van Damm tezliklə Azərbaycana gələcəyini deyir.




Şərhlər