Urmiya gölünün qurumasının qarşısı alınacaq
22 Oktyabr 2013 Çərşənbə Axşamı 07:33
Urmiya gölünün qurumasının qarşısı alınacaq. BMT inşaat layihələri üzrə Tehrandakı nümayəndəsi İslam respublikası ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
BMT-nin inşaat layihələri üzrə Tehrandakı nümayəndəsi, bu təşkilatın Urmiya gölünün qurumasının qarşısını almaq üçün İran ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

BMT-nin inşaat üzrə (UNİDP) –nin Tehranda iqamət edən nünamyəndəsi Geri Luiz İranın şimalında yerləşən Qərbi Azərbaycan vilayətinin Ətraf Mühit və Ekologiya Baş İdarəsinin sədri Həsən Abbasnejada ünvanladığı məktubuda bildirib ki, Urmiyə gölü, yalnız milli bir miras deyil bu göl bütün dünyaya aiddir və qarşıdakı nəsillər isə bu böhran qarşısında necə idarə üsullarının həyata keçirilməsi haqda hökm sürəcəklər.

ANS PRESS-in Tehran radiosuna istinadən verdiyi məlumata görə, Geri Luiz İran İslam Respublikası ekologiya və ətraf mühiti ilə BMT-nin inşaat üzrə plan idarəsinin İran lagoonlarının qorunması sahəsində əməkdaşlıqların güclənməsinə hazır olduqlarını elan edərək bildirib ki, Urmiya gölünün hazırkı vəziyyətdən yeganə qurtuluş yolu, bu gölün su hövzələrində ətraflı şəkildə idarə edilmə üsullarının geniş həyata keçirilməsindən asılıdır.

İranın şimalında yerləlşən Urmiyə gölü, hazırda yağıntıların azaldığı üçün və yeraltı və yerüstü suların həddən ziyadə istifadəyə verilməsi səbəblərindən tamamilə qurumaq ərəfəsindədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar