“Unibank” nüfuzlu mükafat aldı
26 Yanvar 2012 Cümə Axşamı 11:30
Bank “Mastercard International” mükafatına layiq görülüb.
Azərbaycanda kart məhsullarının inkişafında uğur və nailiyyətlərinə görə “Unibank” ASC-ti “MasterCard International” beynəlxalq ödəniş sisteminin nüfuzlu mükafatına layıq görülüb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin nəticələrinə görə “Unibank” ölkədə bu sistemə aid olan kartların sahiblərinin sayının ən böyük artımı – “Fastest Growing MasterCard MaestroCard Base in Azerbaijan” nominasiyasında qalib gəlib. Müştərilərə göstərilən xidmətlərin rahat və əlverişli şərtləri, habelə onların hər birinin ehtiyaclarına fərdi yanaşma hesabına “Unibank” bu kart sahiblərinin sayını 2011-ci ildə 2,2 dəfə artırıb. Bu zaman premium seqmentinə aid olan “MasterCard Gold” və “MasterCard Platinum” kartları üzrə satışlar xüsusi təsir bağışlayır.
Son iki il ərzində bu növ kartların emissiyası 3,5 dəfədən çox artıb, onlar üzrə qeydə alınan nağdsız əməliyyatların həcmi üzrə artım isə 660% təşkil edib.

“MasterCard İnternational”-dan aldığımız mükafat bir daha onu göstərir ki, “Unibank” Azərbaycanda plastik kartlardan istifadə mədəniyyətini inkişaf etdirir”, - deyə İdarə Heyəti sədrinin müavini, Bankın pərakəndə xidmət üzrə Direktoru Faiq Zeynalov qeyd edib.

Onun sözlərinə görə, bu gün ödəniş kartlarının daha fəal istifadəçiləri orta gəlir səviyyəsinə malik olan vətəndaşlardır. F.Zeynalovun fikrincə, bunlar – hərtərəfli marağa, fəal həyat mövqeyinə malik olan, maliyyə bazarının yeniliklərini qəbul edən, eyni zamanda bank xidmətlərinin sürətinə və keyfiyyətinə qarşı tələbkar olan müştərilərdir. “Biz çox şadıq ki, məhz “MasterCard” kartlarının sahibləri olan tələbkar müştərilər xidmətlərimizdə maraqlıdırlar”.

F.Zeynalovun proqnozlarına görə, “Unibank” 2012-ci ildə də ölkədə “MasterCard” ödəniş kartlarının emissiyasının artım sürətinə görə liderliyi özündə saxlamağa hazırdır.

Xatırladaq ki, Bank 2007-ci ildə “MasterCard” plastik kartlarının emissiyasına başlamış, 2008-ci ildə isə bu beynəlxalq ödəniş sisteminin ekvayeri olmuşdur. “Unibank”-ın kart layihələri alış-verişdə xüsusi fəallıq göstərən, tez-tez səyahət edən, nağdsız hesablaşmaları vəsaitlərin nağd pula çevrilməsindən üstün tutan, İnternet-mağazaların xidmətlərindən geniş istifadə edən müştərilərə yönəldilmişdir. Hər bir “Unibank” plastik kartının sahibi 100-dən artıq pərakəndə satış məntəqələrində, ticarət şəbəkələrində, otellərdə, restoranlarda, nüfuzlu butiklərdə və salonlarda, turizm agentliklərində əhəmiyyətli güzəştlərdən faydalanmaq imkanına malikdir. Bankın kart məhsulları barədə daha ətraflı məlumat almaq, habelə on-lain rejimində kartları sifariş etmək üçün http://unibank.az/az/private-clients/plastic-cards/ istinadından istifadə etmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar