Ukraynada “qafqazlı ovu” başlayıb
21 Yanvar 2011 Cümə 02:40
Makeyevkadakı partlayışlardan sonra bazarlarda qafqazlıları yoxlayırlar.
Ukraynanın Makeyevka şəhərindəki partlayışdan sonra güc strukturları bazarlarda irisiqyaslı yoxlamalara başlayıblar. ANS PRESS “Seqodnya” portalına istinadən xəbər verir ki, bazarlarda ticarətlə məşğul olan və zahirən qafqazlıya oxşayanlar milis şöbəsinə aparılırlar. Azərbaycandan olan ticarətçilərdən biri yoxlamaların olması barədə məlumatları təsdiqləyib.

Xatırladaq ki, ötən gün Donetsk vilayətinin Makeyevka şəhərində iki partlayış baş verib. Partlayışlardan biri bazar ərazisində qeydə alınıb. Cinayətkarlar hadisə yerinə məktub qoyublar. Onlar 4 milyon avro tələb ediblər və daha beş partlayışın törədiləcəyi barədə xəbərdarlıq ediblər.

Ali Radanın deputatı, Krımın keçmiş daxili işlər naziri Gennadi Moskal is əbəyan edib ki, Makeyevkadakı partlayışlar Ukrayna hakimiyyəti tərəfindən ölkədəki rejimin sərtləşdirilməsi üçün törədilib. “Bu, hakimiyyət tərəfindən vəziyyətin gərginləşdirilməsi, əhali arasında qorxu yaradılmasıdır. Partlayışlar hakimiyyətin təxribatı idi”,-deyə general iddia edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar