Ukrayna Azərbaycanı "Vikinq"ə dəvət edir
23 Fevral 2011 Çərşənbə 22:57
Rəsmi Kiyev Bakının dəmir yol nəqliyyatı marşrutunda iştirakını arzulayır.
Ukrayna Azərbaycana "Vikinq" dəmir yol nəqliyyatı marşrutu layihəsində iştirak etməyi təklif edir. ANS PRESS-in Ukrayna kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, baş nazir Nikolay Azarov xarici işlər naziri Elmar Məmmədyarovla görüşü zamanı bu təkliflə çıxış edib.
“Bu razılaşma Azərbaycan üçün də açıqdır. Azərbaycanın bu layihədə iştirakı baş tutacağı təqdirdə Belarus və Ukraynadan ötməklə, Baltikyanı ölkələrdən tutmuş Orta Asiya ölkələri ilə nəqliyyat yük əlaqələrini həll etmək mümkün olacaq”,- deyə Nikolay Azarov bildirib.
O eyni zamanda bildirib ki, Azərbaycanın bu layihəyə qoşulmasına dair protokol artıq Azrbaycan Nəqliyyat Nazirliyinə təqdim edilib: “Öz növbəsində Ukrayna yaxın zamanlarda məsələ ilə bağlı Azərbaycan hökumət nümayəndələri ilə məsləhətləşmələr keçirməyə hazırdır”.
Qeyd edək ki, “Vikinq” dəmir yolu konteynerlərinin daşımaları nəqliyyat layihəsinə 2003-cü ildə start verilib. Onun marşrutunun ümumi uzunluğu 1733 km təşkil edir. Ukrayna, Litva və Belarus arasında “Vikinq” layihəsinin reallaşdırılması haqqında dövlətlərarası əməkdaşlıq üçtərəfli sazişlə möhkəmləndirilib. Layihə tranzit tariflərinin unifikasiyası, gömrük prosedurlarının asanlaşdırılması və mallara xidmətin sürətləndirilməsi ilə cəlbedicidir. Bu qatar Ukrayna, Belarus, Litvadan keçir və Baltik regiounun dəniz konteyner və kontreyler xətlərinin zəncirini birləşdirir. Analoji sistem Qara dəniz, Aralıq və Xəzər dənizinə də aiddir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: