Ukrayna Azərbaycana təşəkkür etdi
08 Aprel 2014 Çərşənbə Axşamı 12:50
Ukrayna xarici işlər nazirinin müavini Daniel Lubkivski Azərbaycanın bu ölkədəki səfirini qəbul edib.
Ukrayna xarici işlər nazirinin müavini Daniel Lubkivski Azərbaycanın bu ölkədəki səfiri Eynulla Mədətli ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, bu barədə xəbər Ukrayna XİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Daniel Lubkivski martın 27-də keçirilən BMT Baş Assambleyasının sessiyasında Kiyevdə baş vermiş inqilabla bağlı qətnamənin səsverməyə çıxarılması zamanı Ukraynanı dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Görüşdə tərəflər Ukraynanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün beynəlxalq hüquq çərçivəsində qorunmalı olduğunu bildiriblər.

İki ölkə arasımnda strateji əməkdaşlığın mövcud mexanizmləri çərçivəsində ikitərəfli siyasi danışıqların həyata keçirilməsi istiqamətində hazırlıqların davam etdirilməsi barədə razılıq əldə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar