Türkiyədə bir aydan çox saxlanılan vətəndaşlarımızdan xəbər var
08 Oktyabr 2013 Çərşənbə Axşamı 14:02
Mərsin limanında bir aydan çox saxlanılan azərbaycanlı gəmiçilər qaldıqları şəraitin dözülməz olduğunu deyirlər.
İçərisində 3 nəfər azərbaycanlının olduğu yük gəmisi isə Türkiyədə saxlanılır. Rusiyadan Liviyaya gedən gəminin apardığı yük də artıq xarab olub.

Türkiyənin Mərsin şəhərinin limanında bir aydan çox saxlanılan azərbaycanlı gəmiçilər qaldığı şəraitin dözülməz olduğunu deyirlər. Bu barədə ANS-ə danışan yük gəmisinin kapitanı Abı Əskərov, bütün günahın gəminin sahibində oduğunu deyir.

Gəmi kapitanının müavini İsmayıl Səmədovun sözlərinə görə, şəhər prokurorluğunda onların ifadələri alınıb. O, gəmi heyətinin sahibkardan şikayət ərizəsi yazdığını, lakin indiyədək heç bir tədbir görülmədiyini dedi: “Hətta bizim vəkil deyir ki, sizlik bir problem yoxdur, əsas o 4 nəfər sahibkardan söhbət gedir”.

Bir ay əvvəl Türkiyənin Mərsin Mühafizə və Qaçaqmalçılıq İstihbaratının əməkdaşları Mərsin limanında Rusiyadan yola çıxan və Liviyaya doğru kurs götürən Tura gəmisini saxlamışdı. Şəhər rəsmiləri gəminin sənədlərinin, hətta adının saxta olduğunu deyirlər. Heyət üzvlərinin Azərbaycan və Gürcüstan vətəndaşlarından ibarət olduğu gəmi, 2 min 860 ton arpa götürüb və bu yükü Qara dəniz üzərindən Liviyaya aparmalı idi.



DOSTLARINLA PAYLAŞ:

oyunlar