Türkiyədə atom bombası var?
10 Fevral 2010 Çərşənbə 22:10
Türkiyədə atom bombası var mı? NATO-nun sabiq baş katibinin bəyanatı aləmi qarışdırıb.
NATO-nun sabiq baş katibi Corc Robertson sensasion bəyanatla çıxış edib. Onun iddiasına görə, Türkiyə ərazisində nüvə silahı var. Bu silahın ABŞ-a məxsus olduğu bildirilir. Robertsonun bu bəyanatı səs-kuy yaratsa da, siyasi dairələr üçün şok olmayıb. İş ondadır ki, Türkiyə ərazisində ABŞ-a məxsus nüvə başlıqlarının yerləşməsi barədə xəbərlər əvvəldən də olub. Lakin onları heç bi qurum təsdiqləməyib.
Robertson isə vaxtilə NATO-nun yüksək çinli məmuru olduğundan, onun iddiası ciddi rezonans doğurub. Qeyd edək ki, nüvə başlıqlarının ABŞ-ın İncirlikdəki hərbi bazasında yerləşdiyi bildirilir. Maraqlıdır ki, Almaniya xarici işlər naziri Quido Vestervelle İncirlikdəki silahların “soyuq müharibə” dönəmlərindən qaldığını və artıq yararsız olduğunu bildirsə də, Avropa İslahatlar Mərkəzinin hazırladığı hesabatda həyəcan təbili çalınıb. Robertsonun iddiasına əsaslanan hesabat müəllifləri Türkiyə, Belçika, İtaliya və Hollandiya ərazisində ABŞ-a məxsus 180 nüvə başlığının yerləşdirilməsini məsuliyyətsizlik kimi dəyərləndirib.
Bəzi məlumatlara görə, İncirlik bazasında 40-90 nüvə başlığı var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: