Türkiyə təhlükədədir!
02 Avqust 2013 Cümə 22:54
İmperialistlərin bütün bu ölkələr üçün planları var.
İranın prezidenti Mahmud Əhmədinejad Türkiyənin təhlükədə olduğunu söyləyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tehranda “Dünya Qüds Günü” təşkil edilmiş tədbirlər çərçivəsində çıxış edən M.Əhmədinejad imperialist ölkələrin bölgədəki bəzi ölkələr üçün planlar hazırladığını və aralarında Türkiyənin də olduğu bu ölkələrin təhlükədə olduğunu irəli sürüb:

“Türkiyə təhlükədədir. İraq, İordaniya, Səudiyyə Ərəbistanı, Şimali Afrika ölkələri təhlükədədir. İmperialistlərin bütün bu ölkələr üçün planları var”.

Region dövlətlərinə qərblilərə inanmamağı tövsiyyə edən İran prezidenti bu güclərin vəfasız olduğunu və bölgə ölkələrindən istifadə etdikdən sonra, onları bir burun yaylığı kimi kənara tullayacaqlarını deyib.

M.Əhmədinejad sionistlərlə bağlı fikirlərini də paylaşıb. O, dünyada xəstəlik törədən bəzi mikrobların sionistlər tərəfindən yaradıldığını iddia edib: “Yaratdıqları mikrobları bahalı dərmanlar satmaq və müxaliflərə zərbə endirmək üçün yayırlar. Hansı heyvan buna edər? Bunlar eləyirlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar