Türkiyə prezidenti Şəkiyə gedəcək
16 Avqust 2010 Bazar Ertəsi 22:20
Artıq şəhər Abdulla Gülün gəlişinə hazırdır.
Azərbaycanda səfərdə olan Türkiyənin dövlət başçısı Abdulla Gül rəsmi görüşlərindən əlavə Şəki şəhərini də ziyarət edəcək. Niyə məhz Şəki şəhəri, burada qonağı nələr gözləyir? Türkiyə prezidenti Abdulla Gülün Şəkiyə səfəri tanışlıq xarakteri daşıyır və rayonun həyatı üçün əlamətdar hadisə hesab olunur. Şəki icra hakimiyyəti başçısının müavini Zərinə Cavadovanın sözlərinə görə, Türkiyə prezidentinin səfəri ilə bağlı hazırlıq işlərinə başlanılıb və artıq şəhər ali qonağın gəlişinə hazırdır.

Səfər çərçivəsində Türkiyə prezidenti Şəkinin bir çox tarixi yerlərinə, o cümlədən Şəki Xan sarayı və Yuxarı Karvansaraya baş çəkəcək. Onun Şəkinin ən böyük istehsalı olan “Şəki ipək”də olacağı da gözlənilir. Bununla bərabər A.Gül Heydər Əliyevin abidəsini, Bəxtiyar Vahabzadənin büstünü ziyarət edəcək, habelə türk əsgərinin şərəfinə Şəkidə ucaldılmış məzarı yad edəcək.

Qeyd edək ki, XX əsrin əvvəlində Azərbaycanın erməni hücumundan xilas edilməsində Azərbaycan Milli Ordu hissələri ilə bərabər türkiyəli əsgərlər misilsiz şücaət göstərib. Şəkili tarixçi Həbibullah Manaflının sözlərinə görə, Şəkidə yerli əhaliyə divan tutan erməni əsilli bolşevik Ter-Qriqoryanın cinayətkar dəstəsini 1918-ci ildə Nuru Paşanın başçılıq etdiyi türk ordusunun Gəncədə olan hissələrindən biri zərərsizləşdirib və Şəki erməni təhlükəsindən xilas olub. Tarixçi qeyd edib ki, Nuru Paşa da əsgərlərlə birgə Şəkiyə gəlib və Narınqala yaxınlığında yerli əhali qarşısında çıxış edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar