ANS PRESS-in məlumatına görə, ölkəni bürümüş matəm ab-havasına Türkiyənin tanınmış müğənniləri Gülben Ergen və Mustafa Ceceli də qoşulub.
“Azərbaycana səbr arzulayıram. Qardaşlarımızın ailələrinin, yaxınlarınının başı sağ olsun” – deyə, G.Ergen “Tvitter” səhifəsində başsağlığı mesajını çatdırıb.
Digər Türkiyəli müğənni Mustafa Ceceli isə ölkəmizin bayrağını və matəm simvolu lenti paylaşaraq, “Vətən, başın sağ olsun” deyə şərh yazıb.
Qeyd edək ki, cəbhə xəttində şəhid olan 8 əsgərlə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu da şəhidlərimizə rəhmət diləyib
Türkiyə müğənniləri dərdimizə şərik çıxdı
Türkiyənin bir sıra məşhurları Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı sosial şəbəkədə başsağlığı bildiriblər.




Şərhlər