Türkiyə Lənkəranda konsulluq açır
18 Noyabr 2011 Cümə 17:57
Hulusi Kılıc: Fəxri konsulluğun açılması iki ölkə arasındakı əlaqələrin inkişafına yardım edəcək.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc diplomatik fəaliyyəti dövründə Lənkərana ikinci rəsmi səfərini edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Hulusi Kılıcın Lənkəran şəhər İcra Hakimiyyəti başçısı Tofiq İbrahimovla görüşü media nümayəndələri üçün bağlı olub. Bağlı qapılar arxasında keçən görüşdən sonra səfir media nümayəndələrinin suallarını cavablandırıb.
“Burada fəxri konsulluq açmaq qərarına gəldik. Türkiyə Cumhuriyyəti olaraq Mais Mənsimovu məsləhət bildik. Baxmaq üçün gəldik. İcra başçısı ilə görüşlərimiz oldu. Fəxri konsulluğun açılması iki ölkə arasındakı əlaqələrin inkişafına kömək edəcək. Gələn ilin ilk 3 ayında açılacaq”,- deyə H.Kılıc bildirib.
Qeyd edək ki, bu, Türkiyə səfirliyinin respublikamızda açacağı III fəxri konsulluğudur.
DOSTLARINLA PAYLAŞ: