Türkiyə Bakıya cavab verdi
27 Sentyabr 2009 Bazar 01:15
“Azərbaycanın narahatlığını başa düşürük, amma mətbuat nümayəndələrinin fəaliyyəti söz azadlığı çərçivəsində qəbul olunmalıdır”
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın notası ilə balğı açıqlama verib. Qeyd edək ki, Azərbaycan XİN Türkiyənin Bakıdakı səfirliyinə nota təqdim edib. , notada bir müddət öncə Türkiyənin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb. Notada türk jurnalistlərinin Azərbaycanın işğal olunmuş bölgəsində separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”ndə qeydiyyatdan keçməsinin Azərbaycanın kəskin etirazı ilə qarşılandığı bildirilib: “Türk jurnalistlərinin bu hərəkətləri Azərbaycan tərəfində dərin təəssüf hissi doğurub”. Notada, həmçinin Azərbaycan tərəfi Türkiyə tərəfindən vəziyyətə aydınlıq gətirilməsini və sözügedən qeydiyyatı ləğv etmək istiqamətdə müvafiq tədbirlərin görülməsini xahiş edib.
Türkiyə XİN-in mətbuat xidməti isə bu ölkəyə məxsus telekanalın iki əməkdaşının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda çəkiliş aparması Türkiyənin mövqeyi ilə üst-üstə düşmür və qanunsuzdur. Eyni zamanda, rəsmi Ankara Azərbaycanı bu jurnalistlərin fəaliyyətini mətbuat azadlığı çərçivəsində dəyərdəndirməyə çağırıb.
Nazirliyir mətbuat xidməti Azərbaycanın notası ilə bağlı sualı belə cavablandırıb: “Bir Türkiyə telekanalına mənsub iki jurnalistin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə keçərək, orada çəkiliş apardıqları öyrənilib. Mətbuat nümayəndələrimizin bu əməli Türkiyənin siyasəti ilə üst-üstə düşmür və heç bir şəkildə qanuni deyil. Türkiyə Azərbaycanın ərazi bütövlüyünə önəm verir, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini vəAzərbaycan torpaqlarının işğalına tezliklə son qoyulmasını gözləyir. Azərbaycanın işğal altındakı toplaqlar mövzusundakı həssaslığını ürəkdən paylaşırıq. Bu həssasiyyətin hər fürsətdə ortaya qoyulmasını da təbii qəbul edirik. Bununla belə, mətbuat nümayəndələrimizin bənzər xəbərçilik fəaliyyətlərinin mətbuat azadlığı çərçivəsində dəyərləndirilməsi lazımdır. Qardaş Azərbaycan rəsmilərinin bunu belə qəbul edəcəklərinə əminik“.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar