Gündəm

Türkiyə ABŞ-a xəbərdarlıq edib

Türkiyə Xarici İşlər Nazirliyi martın 4-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində müzakirə ediləcək uydurma “erməni soyqırımı”na dair qərar layihəsi ilə bağlı Vaşinqtona rəsmi xəbərdarlıq ünvanlayıb.

· Xəbərçi
Türkiyə ABŞ-a xəbərdarlıq edib
APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, Türkiyə XİN-in sözçüsü Burak Özügərgin layihənin komitənin gündəminə daxil edilməsini təəssüf hissi ilə qarşıladıqlarını açıqlayıb: “Əsassız soyqırım iddialarına dəstək verən 252 saylı qərar layihəsinin Amerika Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə alınmasını təəssüflə qarşıladıq. Bu mövqeyimizi müxtəlif səviyyəli ABŞ səlahiyyətlilərinə bildirdik. Komitənin Türkiyə ilə ABŞ arasındakı ikitərəfli əlaqələrə zərər verəcək və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində səyləri axsadacaq layihəni rədd etməsini gözləyirik. Komitə üzvlərinin layihənin qəbulunun ABŞ-Türkiyə əlaqələrinə və Cənubi Qafqazdakı sülh, sabitlik cəhdlərinə verəcəyi zərəri dərk etdiklərinə və bu baxımdan məsuliyyət hissi ilə addım atacaqlarına inanmaq istəyirik”. APA

Şərhlər