Türkdilli Dövletlerin Emekdaşlıq Şurasının III Zirve toplantısı başladı
16 Avqust 2013 Cümə 10:38
Türkdilli Dövletlerin Emekdaşlıq Şurasının III Zirve toplantısında Azerbaycan, Türkiye, Qazaxıstan ve Qırğızıstan prezidentleri iştirak edirler.
Bu gün Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb.
ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri İlham Əliyev, Abdulah Gül, Nursultan Nazarbayev və Almazbek Atambayev iştirak edirlər.
Zirvə toplantısında əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlıq və gömrük proseduralarının asanlaşdırılması olmalıdır.
Nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.
Həmçinin toplantı çərçivəsində Qırğızıstanın Şuradakı sədrliyinin Azərbaycan tərəfinə təqdim edilməsi gözlənilir.
Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.
DOSTLARINLA PAYLAŞ: