İspaniyanın paytaxtı Madriddə qeyri-adi "tikinti materiallarından" hazırlanan otel istifadəyə verilib.
Tullantılardan hazırlanan "Zibilli sahil" (Beach Garbage) otelinin divarları Avropa sahillərindən toplanan tullantılardan, turistlərin atdıqları əşyalardan, ikinci əl bazarlarından alınan əşyalarla bəzədilib.
Alman sənətçisi Ha Şhult tərəfindən hazırlanan otel 5 otaqdan ibarətdir. Otel şəhərin mərkəzində yerləşir.
Sənətçi zibildən otel hazırlamaqda əsas məqsədinin diqqəti tullantıların həddindən artıq olmasına çəkmək olduğunu bildirib: "Zibilli sahili yaratdım. Çünki kainatdakı okeanlar ən böyük zibilliklərə çevriliblər. Əgər sahillərimizi təmiz saxlamasaq, tətillərimizi necə keçirəcəyimizi göstərmək istədim".
Qeyd edək ki, tullantılardan hazırlanan otelin "tikini materiallarının" böyük hissəsi İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya sahillərindən toplanıb. ANSPRESS
Tullantılardan otel
Sahillərin çirklənməsinə diqqət çəkmək məqsədilə tikilən otel Madriddədir.




Şərhlər