TRT:
16 Mart 2012 Cümə 14:30
"Türkiyəyə və ya türkcə danışan bir ölkəyə 1 il sonra təkrar birincilik verməzlər"
TRT-nin icraçı direktoru İbrahim Şahin "Eurovision-2012" Mahnı Müsabiqəsində Türkiyə təmsilçisinin Can Bonomi seçilməsi ilə bağlı maraqlı açıqlamalar verib. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, o bunu Can Bonomonun keçmişi ilə əlaqələndirib.
"Can Bonomo keçmişi səbəbindən heç olmasa Türkiyəyə qarşı mənfi fikirləri aradan qaldıracaq və böyük ehtimalla bu bizim ballarımızın daha da artmasını təmin edəcək", deyə İ. Şahin qeyd edib.
İ. Şahin eyni zamanda bildirib ki, bu il Türkiyənin müsabiqədə birinci olmaq şansı yoxdur:
"Eurovision bu il Bakıda olmasaydı, birinci ola bilərdik. Bir türk respublikasına, Türkiyəyə və ya türkcə danışan bir ölkəyə 1 il sonra təkrar birincilik verməzlər. İkincisi, bu il Ermənistan etiraz edib müsabiqəyə getmədi, Ermənistana səs verəcək şəxslərin səsinin bizə gələcəyi üçün...".
"Keçən il ən böyük şanssızlığımız bu idi, Azərbaycan, Ermənistan kimi bizə səs verən ölkələrlə eyni qrupda olduğumuz üçün səs verənlərimiz bölünmüşdü. Müsabiqə getdikcə, siyasi mənada mahnı yarışmasına döndüyü üçün, açıq söyləsək, birinci, beşinci olmaq kimi qayğımız yoxdur", deyə TRT-nin icraçı direktoru əlavə edib.
DOSTLARINLA PAYLAŞ: