Torpaq sahəsini necə özəlləşdirməli?
22 İyun 2011 Çərşənbə 17:31
Azərbaycanda torpaq sahəsini necə özəlləşdirməli? Torpaq sahəsilə bağlı hər hansı sənədin çatışmadığı təqdirdə ərazinin özəlləşdirilməsi üçün bələdiyyəyə müraciət olunmalıdır.
Azərbaycanda torpaq sahəsini özəlləşdirmək üçün ilk olaraq bir sıra sənədlərin qaydasında olması vacibdir. Bunu mülkiyyət məsələləri üzrə ekspert Mehman Əliyev bildirib: "Bu, torpaq sahəsinin alqı-satqı aktı (yerli bələdiyyə tərəfindən verilir) və torpağa dövlət aktıdır (Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilir)".

Məhz bu sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şöbəsinə təqdim edilməlidir. Bununla yanaşı, torpaq sahəsinin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş sürəti, dövlət rüsumunun ödənildiyinə dair qəbz və sair sənədlər də bu quruma təqdim olunmalıdır.

M.Əliyev bildirib ki, bu sənədlərin təqdimatından bir müddət sonra torpaq sahibinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış verilir.

Torpaq sahəsilə bağlı hər hansı sənədin çatışmadığı təqdirdə ərazinin özəlləşdirilməsi üçün bələdiyyəyə müraciət olunmalı, çatışmayan sənəd məhz bu qurumdan alınmalıdır:

"Bundan sonra Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət olunmalı və oradan torpağa dövlət aktı alınmalıdır. Həmin sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edilməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının "Dövlət rüsunu haqqında" qanununa əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın alınması 30 manata başa gəlir.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar