Gündəm

Tiflisdə Avropaya inteqrasiyadan danışdılar

Gürcüstan paytaxtında Cənubi Qafqaz ölkələri parlamentlərinin əməkdaşlığına dair tədbir keçirilib.

· Xəbərçi
Tiflisdə Avropaya inteqrasiyadan danışdılar
Tiflis şəhərində Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komitəsi və “Avropa vaxtı ilə” assosiasiyasının təşəbbüsü ilə Cənubi Qafqaz ölkələri parlamentlərinin əməkdaşlığına dair tədbir keçirilib. Tədbiri Gürcüstan parlamentinin Avropaya inteqrasiya məsələləri üzrə komitəsinin sədri Viktor Dolidze açıb, aparılacaq müzakirələrin Avropaya inteqrasiya istiqamətində əhəmiyyətli rol oynayacağına əmin olduğunu vurğulayıb.

Tədbir iştirakçıları Avropaya inteqrasiya proseslərinin dinamikası və inkişafı barədə təcrübəb və fikir mübadiləsi aparıb.

Şərhlər