The Wasington Post qəzeti ANS-ə cavab verdi
08 İyul 2011 Cümə 21:17
The Wasington Post redaksiyası bu hadisəyə görə məsuliyyəti üzərinə götürmək istəmir.
Amerika Birləşmiş Ştatların “The Wasington Post” qəzeti Moskva müxbirinin Azərbaycanın işğal altında olan torpağına səfər etdiyini ANS-ə təstiqləyib. Amma bununla belə redaksiya bu hadisəyə görə məsuliyyəti üzərinə götürmək istəmir.

Qəzetin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Allison Lake bildirib ki, qəzetin Moskva müxbirinin Dağlıq Qarabağ haqqında məqalə yazmasından xəbərimiz var: “Bu məqalə bizim saytımızda dərc olunub. Ancaq Uil İqlunqun Qarabağa səfər etməsini dəqiq deyə bilmərəm”.

Nəşrin nümayəndəsi deyir ki, onun münaqişə ilə bağlı fikirlərinə gəldikdə isə müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşmür: “Redaksiya buna görə məsuliyyət daşımır”. ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar