The New York Times qazeti Orxan Zeynalov olayından yazdı
17 Oktyabr 2013 Cümə Axşamı 20:23
"The New York Times" Moskvada qanlı olaydan sonra baş verən talançılığı, miqrantların saxlanması, döyülməsi və kütləvi həbsinə toxunub.
ABŞ-ın nüfuzlu The New York Times qəzeti Moskvada baş vermiş və kriminal xarakterli Birulyov hadisələri barədə yazıb. ANS PRESS musavat.com-a istinadən məlumatına görə, yazıda 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun cinayəti boynuna adlığı, lakin bunu özünü müdafiə məqsədilə törətdiyi bildirilir.
“Ölənin rəfiqəsi Kseniya Popova öz növbəsində iddia edir ki, iki kişi arasında dava Orxanın onu təhqir eləməsindən sonra başlayıb. Hökumət bəyan edir ki, Zeynalov 10 ildən artıqdır Moskvada yaşayır və əməkçi kimi fəaliyyət göstərib. Daimi yaşayış yeri olmayıb”, - deyə qəzet Rusiya İstintaq İdarəsinin KİV-lə qarşılıqlı münasibətlər İdarəsinin rəhbəri Vladimir Markinə istinadən yazır.
Nüfuzlu nəşr qanlı olaydan sonra baş verən talançılığı, miqrantların saxlanması, döyülməsi və kütləvi həbsinə də toxunub.
DOSTLARINLA PAYLAŞ: