Gündəm

Terrorizm riski indeksi

Siyahıya müsəlman ölkələri başçılıq edir

· Xəbərçi
Terrorizm riski indeksi
İngiltərənin “Maplecroft” şirkəti beynəlxalq şirkətlər üçün “Terrorizm riski indeksi”ni tərtib edib.

Hər altı aydan bir terror hücumlarının və həlak olan insanların sayı kimi meyarlar əsas tutulmaqla hazırlanan siyahıda 9 ölkə daha təhlükəli hesab olunub. İraq, Əfqanıstan, Pakistanın başçılıq etdiyi siyahıda Somali, Livan, Hindistan, Əlcəzair, Kolumbiya vəTailand ən təhlükəli ölkələr siyahısına düşüb.

Əvvəlki illərə nisbətdə vəziyyətin yaxşılaşdığı qeyd olunan İraqda 2009-cu il terror hücumlarında həlak olan mülki şəxslərin sayı 4 500 nəfər olub.

Azərbaycana qonşu ölkələrdən Türkiyə (14) və Rusiyanın (15) da yer aldığı siyahıda 162 ölkənin adı var. ANSPRESS

Şərhlər