Gündəm

Telemüsabiqədə utandıran cavab

Aparıcının “uçan məməlilərin nümayəndəsi” sualına iştirakçı “stüardessa” cavabını verib

· Xəbərçi
Telemüsabiqədə utandıran cavab
Türkiyədə “Bloomberg HT” telekanalında keçirilən yarışın sualına qadın iştirakçının verdiyi cavab aparıcı və tamaşaçıların təəccübünə səbəb olub. Belə ki, aparıcının “uçan məməlilərin nümayəndəsi” sualına iştirakçı “hostes” (stüardessa) cavabını verib.

Daha sonra özünə gələn yarış iştirakçısı üzr istəyib: “Çox ayıb etdim. Bütün stüardessalardan üzr istəyirəm”.

Qeyd edək ki, studiyada meydana gələn gərginliyi azaltmağa çalışan suala bir neçə gülməli cavab verdikdən sonra doğru cavabı səsləndirib: “yarasa”.

Şərhlər