Şuşadan son görüntüler
27 İyun 2013 Cümə Axşamı 20:32
Xaricdə yaşayan ermənilərin pulları hesabına Şuşada yeni otel tikilib.
Erməni birləşmələri tərəfindən 1992-ci il mayın 8-nə keçən gecə işğal olunan Azərbaycanın tarixi şəhəri və dilbər guşəsi olan Şuşanın yeni görüntüləri yayılıb. "YouTube"də yerləşdirilən videoda ermənilərin Şuşa şəhərində "Şuşi Grand Hotel" adında yeni hotel açıb istifadəyə verdikləri göstərilir. Sözügedən otelin açılışında qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan və digər şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən separatçı qurumun rejimin rəhbəri B.Saakyan bildirib ki, sözügedən otelin tikintisi Livan və ABŞ-da yaşayan ermənilərin maliyyə vəsaiti hesabına həyata keçirilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar